Yeni rektor BDU tələbələrini geri qaytaracaqmı?

27.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Dünya təcrübəsinə əsaslanaraq deyirəm ki, hansı fakültəni hansı korpusa yerləşdirmək universitetin birbaşa səlahiyyətinə aiddir. Bu qərarı universitet rəhbərliyi mövcud vəziyyəti dəyərləndirərək özü verir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev BDU tələbələrinin Məleykə Abbaszadəyə olan müraciətlərini şərh edərkən bildirib.

“Bakı Dövlət Universitetinin iki fakültəsinin keçmiş Asiya Universitetinə köçürülməsi rəhbərliyin verdiyi bir qərardır. Hesab edirəm ki, burada hər hansı bir tələbənin, yaxud cəmiyyətin etiraz etməsi yersizdir. Ancaq tədris prosesinin düzgün həyata keçirilməsinə də nəzarət edilməlidir. Hər hansı bir narahatlıq, səs-küy kimi problemlər tədris prosesinə mənfi təsir göstərirsə, bu da universitet rəhbərliyi tərəfindən diqqətə alınmalıdır”, - o vurğulayıb.

Buna baxmayaraq, ekspert tələbələrin əsas kampusda təhsil almaq arzularının da nəzərə alına biləcəyinə diqqət çəkib:

“Məsələn, həftənin müəyyən günündə ənənəvi binalardakı bəzi fakültələrin müəyyən dərslərini C korpusuna keçirmək, C korpusundakı fakültələrin bəzi dərslərini ənənəvi binalara təyin etməklə tələbələrin istəklərini qarşılamaq mümkündür”.

Qeyd edək ki, keçmiş Asiya Universitetinin Əbdülvahab Salamzadə küçəsində yerləşən binası Bakı Dövlət Universitetinə verilib və C korpusu adını alıb. BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi və Coğrafiya fakültəsi də bu ildən C korpusuna köçürülüblər. Sözügedən fakültələrin tələbələri yeni rektor Məleykə Abbaszadəyə müraciət edərək, C korpusunda səs-küy olduğunu, çətinlik çəkdiklərini, geri qaytarılmalarını xahiş ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью