Yeni rektor kimdir? Tərcümeyihal Yeni Sabah

04.11.2024

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Prezidentin sərəncamı ilə Yaşar Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.

Yenisabah.az yeni rektorun tərcümeyi-halını təqdim edir:

Yaşar Adil oğlu Ömərov 1 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin "Biokimya" ixtisasına qəbul olunub və 1999-cu ildə həmin ixtisas üzrə bitirib. 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

O, əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlayıb. 2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışıb. 2014-cü ildən başlayaraq əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirib və nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində çalışıb, 2019-cu ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsini tutub.

2021-ci ilin iyulundan başlayaraq Y.A.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib. 

Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilib.

YAP-ın üzvüdür.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью