Yeni Roma Papası seçildi, bacadan ağ tüstü çıxdı

08.05.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Vatikanda yeni Roma Papasının seçildiyi bildirilir.

Sikstin kapellasının damındakı bacadan ağ tüstü çıxıb.

Qaydalara görə ağ tüstü yeni papanın seçildiyini bildirir. Kardinallar namizədlərdən birinə səslərin üçdə ikisindən çoxunu veriblər. Yeni Papanın kim olduğu hələlik məlum deyil.

Qeyd edək ki, seçilmək üçün yaşı 80-dən aşağı olan 133 iştirakçıdan biri səslərin üçdə ikisini (89 səs) toplamalıdır.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью