Yeni Sabah xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür

25.01.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün "Yeni Sabah" xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür.
2019-cu il yanvarın 25-də oxucularla görüşə gələn portal siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, idman, şou və digər sahələrlə bağlı operativ informasiyalar yayır, bölgəmizdə və dünya baş verən mühüm hadisələrlə bağlı analitik məqalələr, şərh və ekspert rəyləri dərc edir.
Yenisabah.az domenində yayımlanan xəbər portalı, eyni zamanda, sosial mediada da aktiv fəaliyyət göstərir. Portalın "Facebook", "İnstagram", "Telegram", "TikTok", "YouTube" səhifələri mövcuddur və gün ərzində burada yüzlərlə xəbər, foto və videolar oxuculara çatdırılır.
Demokrat.az olaraq həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью