Yeni seçiləcək bələdiyyə üzvlərinin sayı məlum

02.12.2024

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat yayımlanıb. MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-a təyin edilib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью