Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır. Rusiyanın Sverdlovsk vilayətində yeni seçilən mer yoxa çıxıb.
Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, bir həftədir ki, Berezovski şəhərinin yeni meri Yuliya Maslakova seçildiyi gündən işə gəlmir.
Yerli sakinlər hətta onun pəncərələrinin altında qışqırırlar, lakin heç bir nəticəsi yoxdur.
Yanvarın 30-da 35 yaşlı Maslakova mer seçkilərində qalib gəlib.
Onun şəhərin əvvəlki meri Yevgeni Pistovun sürücüsünün həyat yoldaşı olması barədə xəbər vermişdik.
Bundan əvvəl Maslakova Federal Xəzinədarlıqda və bankda işləyib. Seçiləndən sonra isə Maslakovanın taleyi ilə bağlı heç nə məlum deyil.
O, fevralın 17-də keçirilən inauqurasiya mərasiminə gəlməyib, işə gəlmir və vəzifəsini icra etmir.
Yerli deputatlar onu yanvarın sonundan bəri görmədiklərini deyirlər.