Yeni sədr rəisi işdən azad etdi

02.04.2026

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) daha bir kadr dəyişikliyi olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu işdən azad edilib.

ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, Taqət Qurbanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

Hazırda bu vəzifəyə təyinat yoxdur.

Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.

Murad İbrahimli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью