Yeni səfirimiz Bəyreyndə işə başladı FOTO

03.06.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Bəhreynin XİN rəhbəri yeni təyin olunmuş azərbaycanlı diplomatı salamlayıb və ona uğurlar arzulayıb.
 

Əl-Zəyani, həmçinin Bəhreynin Azərbaycanla dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu təsdiqləyib.


Öz növbəsində C. Hüseynov bu vəzifəyə təyin olunmasından məmnunluğunu ifadə edib və Azərbaycan-Bəhreyn münasibətlərinin müxtəlif sahələrdə inkişafının müsbət dinamikasını qeyd edib. O, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu vurğulayıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью