Olay.az saytına istinadən Icma.az xəbər verir.
Türk istehsalı yeni serial “Adana Ayazı”nın baş rol qadın aktrisası bəlli olub.
OLAY yazır ki, ən çox təklif alan aktrisaların başında gələn Ebru Şahin ssenarini çox bəyənib və “NTC Medya” ilə razılığa gəlib.
Ebru Şahin rejissor kürsüsündə Faruk Teberin əyləşəcəyi və “NOW” üçün çəkiləcək serialda uğurlu aktyor Uğur Güneşlə baş rolu paylaşacaq.