Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Bir ayrılıq yaşadınız, kədərlisiniz.
Sadəcə onu düşünür, onunla bağlı xəyallara dalırsınız. Ondan sonra kimisə sevəcəyinizə ya da güvənə biləcəyinizə şübhə edirsiniz.
Başqasına baxmaq ya da həyatı onsuz yaşamaq fikri belə sizi qorxudur. Sadəcə və sadəcə onu istəyirsiniz. Düzdür? Əslində, yox”.
Ölkə.Az xəbər verir ki, bu sözləri klinik psixoloq Fuad Əsədov deyib.
O, münasibətlərdə ayrılıq yaşayan şəxslərə bir sıra tövsiyələr də verib: “Biri ilə ayrılmısınızsa, demək ki, bu və ya digər səbəblərdən dolayı işlər yolunda getməyib və bir ayrılıq yaşayırsınızsa, ayrılıq qərarını verən tərəfin kim olduğundan asılı olmayaraq, demək ki, o münasibət iki nəfər üçün də uyğun deyildi.
Deməli, bu iki insan bir-birə ilə yola gedə bilmədi və bir-birlərinə uyğun deyildilər.
Siz onun üçün darıxdığınızı düşünəndə, əslində, onun üçün yox, onunla olarkən yaşadığınız hisslərdən ötrü darıxırsınız.
Və nə qədər romantikadan kənar bir cümlə olsa da, deməliyəm ki, hisslər dediyiniz şey sadəcə beyninizdə baş verən kimyəvi proseslərdir.