Yeni silah Rusiya və Çini təşvişə sala bilər

15.10.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


ABŞ hərbi sənayesində önəmli yer tutan yeni və mobil "Tomahawk" raketlərinin son model üçün qəbuledici qurğusu nümayiş etdirilib. Bəzi yerli ekspertlərin fikrincə, "Tomahawk" raketi ailəsində belə sürətli yenilənmə, bu sistemin məğlubolunmaz hərb maşınına çevrilməsi hətta Rusiya və Çin kimi ölkələri də təşvişə sala bilər.
Reyting.az
-ın məlumatına görə, "Oshkosh Defense AUSA 2025" adlanan sərgidə "X-MAV", "M-MAV" və "L-MAV" nəslindən olan çoxməqsədli, həmçinin avtonom nəqliyyat vasitələri təqdim olunub. Hər üç model tamamilə kütləvi istehsala hazır nümunə kimi göstərilib.
"X-MAV" adlı ən böyük platforma bu hərbi sərgidə dörd ədəd yeni "Tomahawk" raketi ilə birgə nümayiş etdirilib. Mütəxəssislər bu yeni raketlərlə bağlı məlumat verən zaman bildiriblər ki, texnoloji baxımdan daha müasir işlənmiş raketlər artıq "Typhon PLUR" sistemləri ilə eyni yük qabiliyyətinə malikdir.
Sərgidə nümayiş olunan və "FMTV A2" şassisi əsasında yenilənən "Tomahawk" modelinə aid "M-MAV"-lar, "GMLRS", "ER-GMLRS", "PrSM", eləcə də "ATACMS" kimi sistemlər "MFOM" tipli və eyni zamanda "JR3" sursatlarını atmağa qadir avtonom "MLRS" uçuş qurğusudur.
"Tomahawk" raketi üçün nəzərdə tutulan yeni "L-MAV" qurğusu əvvəlkindən fərqli olmaqla, yüngül, modullu dizayndadır. Bu yenilənmiş döyüş qurğusu "Switchblade 600" hücum dronlarını, "BlueHalo Titan C-UAS / REB" raket sistemlərini daşımaq qabiliyyətinə malikdir.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью