Yeni siyahıda Rəşad Nəbiyevin də adı var

11.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev də onlar arasındadır.

Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş IJF Konqresində Marius Vizer quruma 6-cı dəfə prezident seçilib.

Səsvermə nəticəsində müəyyənləşən İcraiyyə Komitəsinin yeni tərkibinə 17 nəfər daxil olub. Onlar 2025 - 2029-cu illərdə fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, 2017 - 2023-cü illərdə IJF İcraiyyə Komitəsində ACF-nin sabiq prezidenti Rövnəq Abdullayev də yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью