Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-də 2028-ci il prezident seçkilərində mümkün namizədlər arasında Respublikaçılar Partiyasından Marko Rubio və Cey Di Vens, Demokratlar Partiyasından isə Con Ossoff və Pit Butticic seçicilərin diqqətini çəkir.
Sherg.az xəbər verir ki, “Reuters/Ipsos”un keçirdiyi sorğuya əsasən, Respublikaçı seçicilərin 45 faizi Marko Rubionu, 43 faizi isə Cey Di Vensi “əla” prezidentliyə namizəd hesab edir.
Demokratlar arasında Pit Butticic və Con Ossoff eyni nəticə göstəriblər. Sorğu iştirakçılarının 29 faizi hər iki siyasətçini prezidentliyə layiqli namizəd hesab edib.
Sorğu 1705 amerikalı arasında keçirilib. Qeyd edək ki, dörd siyasətçidən heç biri hələ namizədliyini rəsmən açıqlamayıb.
Sorğuda Floridanın qubernatoru Ron DeSantis də Respublikaçılar arasında 32 faiz dəstək qazanıb. Demokratlar arasında isə Kamala Harris və Qevin Nyusom 23 faiz göstərici əldə ediblər.
Ekspertlər bildirirlər ki, 2028-ci il seçkilərinə hələ uzun müddət qaldığından namizədlərin mövqeləri dəyişə, siyasi yarışa yeni simalar qoşula bilər.