Yeni spiker Ukrayna bayrağını binadan endirdi Video

06.11.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çexiya parlamentinin aşağı palatasının yeni seçilmiş spikeri Tomio Okamura binadan Ukrayna bayrağını endirib.

Axar.az xəbər verir ki, Okamura bayrağın endirilməsini əks etdirən videonu X sosial platformasında paylaşıb.

Bayrağın endirilməsi Okamuranın spiker kimi atdığı ilk addımlardan biri olub.

“Bu, müəyyən bir simvoldur. Ukrayna bayrağı mənim göstərişimlə binadan endirildi və bu, cəmi bir neçə saniyə çəkdi”, – deyə o bildirib.

Onun bu addımı Çexiya ictimaiyyətində birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Ukrayna bayrağı parlament binasında 2022-ci ildən asılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью