Yeni sponsor tapan klubun hədəfi nə olacaq?

15.08.2026

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, 2-ci liqada çıxış edən “Şəmkir” yeni sponsorla anlaşıb. Ötən mövsümü 6-cı yerdə bitirən ikiqat ölkə çempionuna növbəti “futbol ili”ndən baş sponsor kimi “HYDEX Logistics” şirkəti dəstək verəcək. Təbii ki, bu anlaşma klubun maliyyə vəziyyətini yaxşılaşdıracaq. “Şəmkir” daha yüksək yerlər uğrunda mübarizə apara bilərmi?

“Football-plus.az” olaraq, bu suala cavab tapmaq üçün bölgə təmsilçisinin prezidenti Adil Əliyevlə əlaqə saxladıq:

“HYDEX Logistics” şirkətinə bizlə əməkdaşlıq etdiyinə, komandaya dəstək olduğuna görə təşəkkür edirik. Əvvəlki kimi əsas məqsədimiz döyüşkən və baxımlı futbol oynayan komanda qurmaqdı”.


İSRAYIL XEYRULLAYEV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью