Yeni sponsorla müqavilə imzalayan bölgə klubu köklü dəyişiklik etmək qərarına gəlib

27.01.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni sponsorla müqavilə imzalayan "Mingəçevir" klubu islahatlara start verib.

Oxu.Az xəbər verir ki, yeni baş məşqçi Füzuli Məmmədov 6 futbolçunun xidmətində maraqlı olmayıb.

Bu səbəbdən də I Liqa təmsilçisi 6 oyunçusu ilə vidalaşıb. "Mingəçevir" Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, komanda bu günlərdə ASTA şirkəti ilə yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью