“Yeni stadionda yaxşı nəticələr əldə etmək istəyirik”

08.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” toplanış çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. “Sarı-göylər” yeni qurulmuş Gəncə şəhər stadionunda ilk matçında I Liqa təmsilçisi “Karvan-Yevlax”a qalib gəlib – 2:1.

Komandanın kapitanı Əli Səmədov “Futbolpress.az“a açıqlamasında yeni stadionda meydana çıxmalarını şərh etdi:

“Uzun müddət sonra öz stadionumuzda oynamaq gözəl hisslərdir. Hər şey çox yaxşıdır. Əməyi keçən hər kəsə təşəkkür edirəm, möhtəşəm stadion qurulub. Azarkeşlərimizin önündə bu arenada yaxşı nəticələr əldə etmək istəyirik”.

Son yoxlama matçını da şərh edən yarımmüdafiəçi mövsümün startına az qala yaxşı sınaq keçirdiklərini bildirdi:

“Karvan-Yevlax”la matç son sınaq görüşümüz idi. Bizə qarşı yaxşı mübarizə apardılar. Çempionatın startına az qalan vacib yoxlama oyunu oldu. Ümumilikdı, yaxşı toplanış keçdi. Gündə iki dəfə məşqlər etdik, yoxlama oyunlarında gücümüzü sınadıq. Məncə, pis hazırlıq olmadı. Eyni zamanda, yeni stadionda meydana çıxmaq da vacib idi. Arzumuz odur ki, mövsümə də bu arenada başlayaq”.

“Kəpəz” Premyer Liqanın birinci turunda son çempion “Sabah”la qarşılaşacaq. Mövsümə avqustun 14-də start veriləcək. I turun oyun cədvəli hələlik açıqlanmayıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью