Yeni strateji baxış

25.08.2026

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə ölkələrarası əməkdaşlığın dərinləşməsi və qlobal miqyasda gedən proseslərin qiymətləndirilməsi baxımından mühüm bir strateji yol xəritəsidir".
Newscenter.az xəbər verir ki, bunu Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva deyib. O bildirib ki, dövlət başçısı müsahibəsində iki ölkə arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin bugünkü səviyyəsini yüksək qiymətləndirərək, gələcək perspektivləri və ortaq hədəfləri geniş şəkildə şərh etmişdir:
"Bu cür dərin məzmunlu çıxışlar yalnız siyasi və iqtisadi münasibətlərin deyil, həm də intellektual mühitin və analitik təfəkkürün inkişafı üçün əvəzsiz məlumat mənbəyidir.
Hər bir fərdin bu cür qlobal əhəmiyyətli sənədləri və müsahibələri oxuması, təhlil etməsi cəmiyyətin ümumi dünyagörüşünün zənginləşməsinə və gələcək çağırışlara daha hazırlıqlı olmasına birbaşa xidmət edir".
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью