Yeni subsidiya mexanizminə subtropik bitkilərin də daxil edilməsi gözlənilir

08.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Yeni subsidiya mexanizminə əlavə bitkilərin daxil edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova əkin və bağçılıq subsidiyası üzrə sığorta tələblərində edilən dəyişikliklərlə bağlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, növbəti mərhələdə bitkilərin sayının artırılması, həmçinin ağac və kol sortlarının çeşidləndirilməsi nəzərdə tutulur.

“Hazırda mexanizmə daxil edilən bitkilər ölkə ərazisinin 90 faizindən çoxunu əhatə edir. Növbəti mərhələdə əsas təminat veriləcək bitkilər arasında subtropik bitkilər – kivi, feyxua və sair, eləcə də bostan bitkilərinin daxil edilməsi ilə bağlı işlər layihədə nəzərdə tutulub”, – deyə sədr müavini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью