Yeni Suriyada ilk rəsmi qəbullar start götürdü: Görüşdə yeganə Qərb ölkəsi hansı olub?

11.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyanın yeni hökuməti İraq, Bəhreyn, Oman, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Səudiyyə Ərəbistanı və İtaliya səfirləri ilə görüş keçirib.

Publika.az xəbər verir ki, məlumat Suriya Müvəqqəti Hökumətinin Siyasi Məsələlər Departamenti tərəfindən yayılıb.

"Görüş müsbət istiqamətdə keçdi, səfirlər yeni hökumətlə yüksək səviyyədə koordinasiyaya söz verdilər", - məlumatda deyilir.

Qeyd edək ki, İtaliya görüşdə iştirak edən yeganə Qərb ölkəsidir. Rəsmi Romanı İtaliyanın Suriyadakı müvəqqəti işlər vəkili Stefano Ravania təmsil edib.

Adəm Abbaslı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью