Yeni svetoforlarla bağlı XƏBƏRDARLIQ

24.11.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Paytaxtda ilk dəfə quraşdırılacaq avtobus svetoforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Yeni svetoforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı bu fotoməlumat vasitəsilə avtobus sürücüləri yeni svetoforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью