Yeni tədarük strategiyası necə olacaq?

02.12.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Energetika Nazirliyi nadir torpaq elementlərinin ölkə daxilində tədarük zəncirini gücləndirmək məqsədilə 134 milyon dollara qədər maliyyə vəsaiti ayıracağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, bu fondun əsas məqsədi ABŞ-də nadir torpaq elementlərinin tədarük zəncirini möhkəmləndirmək, xarici mənbələrdən asılılığı azaltmaq və ölkənin enerji təhlükəsizliyini artırmaqdır.

Bildirilir ki, ayrılan vəsait mədən tullantıları, elektron tullantılar və digər qeyri-ənənəvi mənbələrdən nadir torpaq elementlərinin bərpası və təmizlənməsi üzrə layihələrin dəstəklənməsinə yönəldiləcək.

ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, ölkə iqtisadiyyatının dayağı olan kritik minerallar və materiallar sahəsində uzun müddətdir xarici ölkələrə asılılıq mövcuddur:

“Bu resurslara öz ölkəmizdə malikik, lakin illərlə davam edən laqeydlik nəticəsində ABŞ-nin mədənçilik və sənaye infrastrukturu digər ölkələrin əlinə keçdi”.

Nazir əlavə edib ki, bu tendensiya artıq dəyişməkdədir və ABŞ enerji və iqtisadi təhlükəsizliyi üçün zəruri olan materialların hasilatı, emalı və istehsalı üzrə potensialını yenidən qurur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью