Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bayern"in və Almaniya millisinin hücumçusu Camal Musiala Münhen klubunun rekord məbləğdə müqavilə təklifini qəbul etsə, tarixə düşə bilər.
Publika.az "Bild"ə istinadən xəbər verir ki, "pivəçilər" gənc yarımmüdafiəçiyə müddəti 2030-cu ilə qədər olan yeni sözləşmə təklif edəcək. 21 yşlı futbolçu razılıq versə, mövsümə 20 milyon avro maaş (ümumilikdə 100 milyon avro) qazanacaq. Bu, həm klub, həm də Bundesliqa üçün yeni rekord olacaq.
Qeyd edək ki, Musialanın "Bayern"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Heybət