Yeni təkliflər Fevralın 5 nə qədər...

26.01.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

BAKU.WS xəbər verir ki, sorğuda iştirak haqqı 36 manatdır.

İddiaçılar təkliflərini fevralın 5-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 5-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 5,8 min manat ödənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью