Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Avropa İttifaqında (Aİ) 2027-ci ilin fevralından telefon və planşetlərdə istifadəçinin dəyişdirə biləcəyi batareyalarla bağlı yeni qaydalar qüvvəyə minəcək.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, yeni tələblərə əsasən, batareya sadə və asanlıqla əldə olunan alətlərlə çıxarıla bilməlidir.
Batareyanın dəyişdirilməsi üçün xüsusi alət tələb olunarsa, həmin alət istehsalçı tərəfindən cihazla birlikdə pulsuz təqdim edilməlidir.
Həmçinin batareyanın çıxarılması üçün istilik və ya kimyəvi maddə tələb edən güclü yapışdırıcılardan istifadəyə yol verilməyəcək.
Aİ bu dəyişikliklə elektron tullantıların azaldılmasını, telefonların istifadə müddətinin uzadılmasını və litium, kobalt kimi qiymətli materialların daha çox geri emal edilməsini hədəfləyir.
Qaydalarda bəzi istisnalar da var. Batareya 1 000 şarj dövründən sonra tutumunun ən azı 80 faizini qoruyur və telefon IP67 səviyyəsində suya davamlıdırsa, istehsalçı batareyanı istifadəçinin özü üçün əlçatan etmə tələbindən azad edilə bilər.
Bu isə bəzi premium smartfonlarda qapalı korpus dizaynının davam etməsinə imkan verə bilər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin