Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
28 fevral tarixində NASA-nın unikal infraqırmızı kosmik teleskopu - SPHEREx-in kosmosa göndərilməsi planlaşdırılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu teleskop 2 il ərzində bütün görünən kosmosu skan edəcək və ilk dəfə olaraq kainatın 102 fərqli rəngdə unikal xəritəsini yaradacaq.
Bu rəng diapazonu indiyə qədər mövcud olan bütün görünən kosmos xəritələrindən xeyli genişdir.
Bu məlumatlar kainatın təkamülü ilə bağlı bir çox suallara cavab tapmağa və Böyük partlayışın sirrini açmağa kömək edəcək.
Kainat hələ də astronomların açmağa çalışdıqları saysız-hesabsız sirrləri gizlədir.
Son tədqiqat zamanı alimlər solğun və qeyri-adi ultra-diffuz qalaktikaları araşdırarkən gözlənilməz bir kəşf ediblər Lakin NASA-nın yeni teleskopu qalaktikaların mənşəyi, kainatın sürətli genişlənməsi və həyat üçün zəruri molekulların yaranması ilə bağlı suallara cavab tapmağa kömək edəcək.
SPHEREx kosmik teleskopu ilk dəfə olaraq kainatı 102 fərqli rəngdə təqdim edəcək və bütün görünən kosmosun unikal xəritəsini yaradacaq.