Yeni təlim: 36 vəziyyət

07.04.2025

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

AKİ “Dramaturgiyanın 36 vəziyyəti” təliminə qəbul elan edir.

Kulis.az xəbər verir ki, kinorejissor, prodüser Oleq Səfərəliyev tərəfindən tərtib olunmuş təlim proqramı Jorj Poltinin məşhur “36 vəziyyət” nəzəriyyəsi əsasında qurulacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi təlimin hər dərsində üç vəziyyət analiz edilib, nümunələrlə şərhlər veriləcək, iştirakçılar məşhur nəzəriyyənin vasitəsilə dramaturgiyanın incəliklərini öyrənib öz sinopsislərini inkişaf etdirəcəklər.

Qeyd edək ki, dərslər həftədə bir dəfə olmaqla 12 dərsi əhatə edəcək. Qeyri-iş saatlarında keçiriləcək dərslərlə yanaşı, təlimçi, sinopsislərin inkişafı məqsədilə həftəiçi iştirakçılarla görüşlər keçirəcək.
Təlimə müraciət etmək istəyənlər aprelin 15-nə qədər sinopsis (minimum 1 səhifə), motivasiya məktubu və bioqrafiyalarını [email protected] elektron ünvanına “Dramaturgiyanın 36 vəziyyəti” başlığı ilə müraciət edə bilərlər.

Üstünə bağırdığım tək kişi – Qadın şairlərimizdən seçmə şeirlər Ağalar İdrisoğlunun 75 illiyi qeyd olundu "Milli Kitab 10-luğu" - "İblis"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью