Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq. Bakıya küçələri təmizləmək üçün 10 ədəd yeni tozsoran texnika gətirilib, Səbail və Nəsimi
Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub. Bəs bu cür texnikalar insan əməyini sıradan çıxara bilər?
Mövzu barədə sosioloq Mətanət Məmmədova Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşüb: "Həyatımızın bütün sahələrində olduğu kimi, küçələrin təmizlənməsi üçün də yeni texnologiyalara ehtiyac var və bunlar artıq istehsal olunur.
Biz də böyük şəhərin sahibləri kimi, onun təmizliyini istəyən, ekologiyasının qeydinə qalan insanlar kimi həmin avadanlıqlardan alıb istifadə etmək istəyirik.
Lakin düşünürəm ki, bu, heç vaxt insan əməyinə mane ola bilməyəcək.
Çünki birincisi onları çalışdırmaq üçün insanlara ehtiyac olacaq, ikincisi isə mütəmadi nəzarət olacaq.
Yəni o qurğular hər zaman istənilən yerdə təmizliyi həyata keçirə bilməyəcək.
Ola bilər ki, böyük bir çirkab yaranan ərazilərdə təmizləmə işləri ilə məşğul olsun, ancaq onlar çıxıb gedəndən sonra yenə də ora nəzarət etmək üçün insan əməyinə ehtiyac olacaq".