Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıya küçələri təmizləmək üçün 10 ədəd yeni tozsoran texnika gətirilib, Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib.
Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub. Bəs bu cür texnikalar insan əməyini sıradan çıxara bilər?
Avtosfer.az xəbər verir ki, mövzu barədə sosioloq Mətanət Məmmədova Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşüb: "Həyatımızın bütün sahələrində olduğu kimi, küçələrin təmizlənməsi üçün də yeni texnologiyalara ehtiyac var və bunlar artıq istehsal olunur.
Biz də böyük şəhərin sahibləri kimi, onun təmizliyini istəyən, ekologiyasının qeydinə qalan insanlar kimi həmin avadanlıqlardan alıb istifadə etmək istəyirik.
Lakin düşünürəm ki, bu, heç vaxt insan əməyinə mane ola bilməyəcək.
Çünki birincisi onları çalışdırmaq üçün insanlara ehtiyac olacaq, ikincisi isə mütəmadi nəzarət olacaq.
Yəni o qurğular hər zaman istənilən yerdə təmizliyi həyata keçirə bilməyəcək.