Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dünyanın müxtəlif elmi mərkəzlərində aparılan araşdırmalar yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində mühüm nəticələr verməkdə davam edir. Son illərdə xüsusilə malyariya, sepsis və digər ağır xəstəliklərə qarşı yeni müalicə və profilaktika üsullarının hazırlanması səhiyyə sahəsində əsas prioritetlərdən birinə çevrilib.
Bu barədə “Kuryer-Meyl” nəşrində yayımlanan tibbi araşdırma materialında qeyd olunub. Məqalədə Avstraliyanın Qold Kost şəhərində yerləşən Biotibb və Qlikomika İnstitutunun malyariyaya qarşı yeni peyvənd istiqamətində apardığı tədqiqatlar və hazırlanmış texnologiyalar haqqında məlumat verilir.
Araşdırmaya görə, alimlər malyariya infeksiyasının qarşısının alınması və xəstəliyin ağır formalarının azalmasına yönəlmiş yeni yanaşmalar üzərində çalışırlar. Bu istiqamətdə yaradılan texnologiyalar gələcəkdə riskli bölgələrdə yaşayan insanlar və səyahət edən şəxslər üçün mühüm tibbi imkanlar yarada bilər.
Mütəxəssislər bildirirlər ki, müasir tibbin əsas məqsədlərindən biri yalnız xəstəlikləri müalicə etmək deyil, onların yaranmasının qarşısını almaqdır. Bu baxımdan peyvənd texnologiyalarının, erkən diaqnostika üsullarının və yeni dərman preparatlarının hazırlanması qlobal səhiyyənin inkişafında mühüm rol oynayır.
Alimlərin diqqət yetirdiyi digər istiqamətlərdən biri də sepsis kimi həyati təhlükəli vəziyyətlərin müalicəsidir. Yeni dərman namizədləri və erkən aşkarlama texnologiyaları ağır xəstəliklərin nəticələrinin azaldılması üçün araşdırılır.
Ekspertlərin fikrincə, biotexnologiya sahəsində əldə olunan nailiyyətlər gələcəkdə yoluxucu xəstəliklərlə mübarizədə daha səmərəli vasitələrin yaranmasına imkan verəcək. Elmi tədqiqatların davam etdirilməsi insan sağlamlığının qorunması üçün mühüm əhəmiyyət daşıyır.
N.Adilqızı
XQ