Yeni tikilən hər hotel otağına görə subsidiya veriləcək

20.08.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda turizm sektoruna investisiyaların artırılması üçün geniş subsidiya və təşviq paketi hazırlanacaq.

Turizm layihələri investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji layihələr siyahısına daxil ediləcək. Turizm fəaliyyəti üzrə minimum investisiya məbləğləri müəyyənləşdiriləcək və uyğun layihələrə investisiya təşviqi sənədlərinin verilməsinə başlanılacaq.

Dövlət Proqramında 3 yeni turizm və rekreasiya zonasının yaradılması nəzərdə tutulur. Bu zonaların daxilində ən azı 3 turizm mərkəzi qurulacaq və sosial, mədəni, inzibati, mühəndis-kommunikasiya və yol infrastrukturu ilə təmin ediləcək.

Hotellər, digər yerləşmə vasitələri, sanatoriya-kurort müəssisələri, qış idmanı stadionları və arenaları, konqres və peşəkar sərgi layihələri üçün manatla alınmış kreditlər üzrə faiz subsidiyaları veriləcək. Subsidiyaların Azərbaycan Biznesinin İnkişafı Fondu vasitəsilə təqdim edilməsi nəzərdə tutulur.

Yeni tikilib istifadəyə verilən hər hotel otağına görə investorlara subsidiya verilməsi üçün hüquqi mexanizm hazırlanacaq.

Turoperatorlara Azərbaycana gətirdikləri əcnəbi turistlərə görə subsidiya ödənilməsi planlaşdırılır. Turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlara da ayrıca subsidiya dəstəyi veriləcək.

Çarter reyslərini və əlavə müntəzəm aviareysləri təşkil edən şirkətlərin xərclərinin kompensasiyası üçün subsidiya mexanizmləri yaradılacaq.

Konsert, əyləncə proqramı və digər turizm əhəmiyyətli tədbirləri keçirən təşkilatçıların xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması da nəzərdə tutulur.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью