YENİ TİKİLİLƏRDƏ EVLƏRİN QİYMƏTİ BAHALAŞIB

11.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

2024-cü ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ikinci rübə nəzərən 3.8% artıb.

Teleqraf.com xəbər verir ki, ilkin mənzil bazarında artım 4.3%, təkrar mənzil bazarında isə 3.7% təşkil edib. 2024-cü ilin doqquz ayında ümumi mənzil bazarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət indeksi 9.2%, o cümlədən ilkin mənzil bazarında 10.3%, təkrar mənzil bazarında isə 9.1% artıb

Hesabat dövründə mənzil tikintisi üzrə investisiyaların həcmi 2.6 dəfə çoxalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью