Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Keçən illərlə müqayisədə yenitikililərdə çıxarış alınması müşkülə çevrilib.
Ekspertlər bunu həm qaydaların mürəkkəbliyi, həm də MTK-ların bu prosesdə maraqlı olmaması ilə əlaqələndirirlər.
Son dövrlər yeni tikililərdə yerləşən mənzillərə çıxarışların verilməsi prosesi sanki tormozlanıb.
Hazırda yüzlərlə sakin aldığı mənzil üçün rəsmi sənədini gözləyir.
Halbuki bir neçə il əvvəl hökumətin müdaxiləsi nəticəsində bu proses sürətlənmiş və yenitikililərdəki minlərlə mənzil sürətlə qeydiyyata alınaraq sakinlərə çıxarış verilmişdi.
İndi isə vəziyyət tam əksinədir və sakinlər səbəbləri aydın olmayan bu gecikmənin narahatlığını yaşayırlar.
Maraqlıdır, proses niyə zəifləyib? Səbəblər nədən ibarətdir? Rəqəmlər nə deyir?