Yeni transfer: “Gözləntilərin böyük olduğunu bilirəm”

05.08.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Xorvatiyalı futbolçu Luka Modriç “Milan”a keçidi haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi “La Gazetta dello Sport”a açıqlamasında bunları deyib:

“Bütün təcrübəmi komandamla bölüşəcəm. Çox çalışmağa və hər şeyimi verməyə hazıram. Bilirəm ki, məndən gözləntilər böyükdür və bu, problem deyil. Çağırışı qəbul edirəm. İlk oyuna çıxmaq üçün səbirsizlənirəm”.

Modriç “Milan”la 1 illik müqavilə imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью