Yeni transfer: “Komandada ideal atmosfer var”

14.01.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Mançester Siti” İngiltərə Kubokunun yarımfinal mərhələsinin ilk matçında “Nyukasl”a qalib gəlib – 2:0.

Futbolpress.az xəbər verir ki, matçda komandanın qollarından birinə imza atan yeni transfer Antuan Semenyo açıqlama verib:

“Çətin oyun oldu, amma şanslarımızı bilirdik. Qol vurmaq üçün doğru yerdə idim və bu qolla qələbə qazandıq. Çox məmnunam. Komandada ideal atmosfer var. Bura gələndə mənə rahat olmağım üçün səmimi mühit yaratdılar. Hər şey çox xoşuma gəlir”.

“Mançester Siti” Semenyonu “Bornmut”dan transfer edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью