Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu qış icarə əsasında ''Napoli''dən ''Qalatasaray''a gələn və hələ ki, debüt etməyən Noa Lanqın sosial şəbəkədəki son addımı diqqət çəkib.
"Football-plus.az" xəbər verir ki, niderlandlı futbolçu öz ''instaqram'' səhifəsində ''Cim-Bom''un məşqindən şəkillər paylaşıb. Həmin paylaşıma Lanqın uşaqlıq dostu olan və hazırda ''Bornmut''da forma geyən Castin Klyuvert ürək şəkli atıb. Lanq isə bunun qarşılığında ona ''Come to Gala'' (''Qalatasaray''a gəl qardaşım) şərhini yazıb!
Qeyd edək ki, bu ikili uzun illərdi, dostluq edir. Onlar Niderlandın müxtəlif aşağı yaş kateqoriyalı yığma komandalarında birlikdə forma geyiblər. Castin Klyuvert daha öncə Lanqın ''Qalatasaray'' ilə bağlı başqa bir paylaşımını da bəyənmişdi. Tanınmış niderlandlı forvard Patrik Klyuvertin oğlu olan Castinin adı daha öncə yalnız bir dəfə İstanbul nəhənginə transferlə bağlı hallanıb. 2022-ci ildə ''Qalatasaray'' onu icarəyə götürməyə cəhd etsə də, bu keçid baş tutmamışdı.