Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Yeni transfer "Qarabağ"ın düşərgəsinə nə vaxt qoşulacaq?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Qarabağ"ın yeni transferlərindən olan qapıçı Martin Zlomisliç hələ komandanın düşərgəsinə qoşulmayıb.
QOL.az-ın əldə etdiyi xəbərə görə, Xorvatiyanın "Riyeka" klubundan transfer edilmiş futbolçu müvəqqəti olaraq icazəlidir. Buna 27 yaşlı oyunçunun milli komandası Bosniya və Herseqovina ilə 2026-cı il dünya çempionatında iştirak etməsi səbəb olub. Yığma komanda 1/16 finalda ABŞ-a uduzaraq (0:2) mübarizəni başa vurub.
Klubdan QOL.az-a bildirilib ki, baş məşqçi Qurban Qurbanov Martin Zlomisliçə iyulun 10-na qədər istirahət verib. O, sabah Bakıya qayıdacaq. Bu səbəbdən də Zlomisliç "Vestri" ilə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarına sifariş edilməyib.