Yeni transfer: “Qarabağ”da oynamaq üçün səbirsizlənirəm”

26.06.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Yeni komanda yoldaşlarımla, yeni ailəmlə tanış olmağa və meydanda oynamağa başlamaq üçün səbirsizlənirəm". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Renaldo Sefas deyib.
26 yaşlı hücumçu Ağdam klubuna keçidindən sonra sosial şəbəkə hesabında paylaşım edərək ilk təəssüratlarını bölüşüb:
"İlk növbədə hər şeyə görə Allaha şükür edirəm. Mənə verilən bütün imkanlara görə həqiqətən minnətdaram. "Qarabağ" kimi böyük bir ailənin üzvü olduğum üçün çox xoşbəxtəm. Klubun bütün əməkdaşlarına təşəkkür edirəm. Onlar ilk gündən burada özümü evimdəki kimi hiss etməyim üçün əllərindən gələni etdilər.
Yeni komanda yoldaşlarımla, yeni ailəmlə tanış olmağa və meydanda oynamağa başlamaq üçün səbirsizlənirəm".
Qeyd edək ki, "Qarabağ" hər iki cinahda, eləcə də mərkəz hücumçusu mövqeyində çıxış edə bilən Renaldo Sefasla 3 illik müqavilə imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью