Icma.az, Idman.biz saytına istinadən bildirir. Qış transfer pəncərəsində rekord qeydə alınıb.
İdman.biz xəbər verir ki, bunu FİFA-nın mətbuat xidməti açıqlayıb.
Transfer dövründə peşəkar klublar futbolçu keçidlərinə ümumilikdə 2,35 milyard dollar xərcləyib.
Bu, qış transfer pəncərələri üçün yeni rekorddur. 2024-cü ilin yanvarından 57,9, əvvəlki rekord göstərici olan 2023-cü ildən 47,1 faiz çoxdu
İngiltərə klubları daha çox xərcə düşüb. Onlar 622 milyon dollar xərcləyiblər.
Transferlərin ümumi sayı 2024-cü illə müqayisədə 20 faizə yaxın artaraq 5863-ə çatıb. Bu göstərici də yeni rekorddur.
Qadın futbolunda da rekord qeydə alınıb. Transferlərə 5,8 milyon dollar xərclənib ki, bu da bir il əvvəlkindən 180 faiz çoxdur.
İdman.biz Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.