Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Aston Villa” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Birmingem təmsilçisinin yarımmüdafiəçisi Leon Qoretska sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Alman futbolçu oktyabra qədər yaşıl meydanlardan uzaq qalacaq.
Leon bu yay “Aston Villa”ya transfer olunub. O, İngiltərə təmsilçisi ilə Premyer Liqada hələ debüt etməyib.