Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Şəfa”nin yeni transferi Dilan Mertensin “Futbolpress.az”a müsahibəsi:
– “Şəfa”ya keçid prosesin necə alındı?
– Mövsüm bitəndən sonra təkliflərə açıq idim. Yenidən legioner həyatı yaşamağı düşünürdüm. “Şəfa”dan təklif gəldi və qəbul etdim.
– Transferində kiminsə məsləhəti olub?
– Bəli, “Qarabağ”da oynayan Abdullah Zubirin qardaşı Tarek Zubir Azərbaycandan təklif olduğunu və bu transferlə maraqlanıb-maraqlanmadığımı soruşdu. Maraqlı layihə olduğunu düşündüm və bura gəldim.
– “Şəfa” Premyer Liqada debüt edəcək. Bakı klubunu seçməyində əsas faktor nə idi?
– Klubun elitada oynaması həlledici amillərdən idi. Eyni zamanda “Şəfa” haqqında müsbət və böyük layihələrdən danışıldı. Mənimçün vacib olan klubun hədəflərinin yüksək olmasıdır. Çalışacam ki, bütün diqqətimi meydandakı oyunuma yönəldim və özümü yaxşı tərəfdən göstərə bilim.
– Səncə, burda oynamaq karyerana nə faydalar verəcək?
– Bu, artıq özümdən asılıdır. “Şəfa” mənə bu liqada oynamaq imkanı yaradıb və buna görə onlara təşəkkür edirəm. İndi növbə məndədir, çempionatda özümü göstərməliyəm. Gələcəkdə nələr olacağını görəcəyik.
– Azərbaycana gəlməzdən əvvəl ölkə haqqında məlumatın var idi?
– Bəli, burda oynayan tanışlarım olub. Hər ölkə kimi Azərbaycanın da özünəməxsus futbolu var. Yaxşı şəraitin də olduğunu əvvəldən bilirdim.
Şahin Cəfərov