Yeni transferdən “Trabzonspor”a xoşagəlməz sürpriz

21.08.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Trabzonspor”un yeni transferi Xrist İnao Oulay keçmiş komandası “Bastiya”dan qalan cəza səbəbi ilə gündəmə gəlib.

İdman.biz xəbər verir ki, futbolcunun “Bastiya” forması ilə çıxdığı son oyunda qırmızı vərəqə alaraq 4 qarşılaşmalıq cəza aldığı ortaya çıxıb.

“Trabzonspor” rəhbərliyi bununla bağlı Oulainin keçmiş komandası ilə dərhal danışıqlara başlayıb. Fransa klubunun cəza ilə bağlı ölkənin futbol federasiyasına etiraz edəcəyi bildirilir.

Cəzanın Türkiyədə də keçərli olması mümkündür. Belə olan halda Oulay “Trabzonspor”un “Antalyaspor”, “Samsunspor”, “Fənərbaxça” və “Qaziantep”ə qarşı oyunlarında forma geyinə bilməyəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью