Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Milan”ın hücumçusu Niklas Füllkruqun saatları oğurlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb. 32 yaşlı futbolçu məşqə gedəndən sonra qarətçilər onun qaldığı oteldən 500 min avro dəyəri olan saatları oğurlayıb. Füllkruq qayıtdıqdan sonra seyfinin sındırıldığını görüb.
Cinayətkarlar barədə araşdırma başlayıb.
Niklas bu ay icarə əsasında “Vest Hem”dən “Milan”a keçib.