“Yeni ulduz” qayıdır

13.08.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İllər əvvəl yayımlanan məşhur “Yeni ulduz” layihəsi yenidən başlayır.

Axşam.az-ın əldə etdiyi məlumata görə, “SOY” prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq.

“Yeni ulduz” yeni televiziya mövsümündə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, “SOY” prodakşının rəhbəri, mərhum Oqtay Əliyev vəfatından əvvəl layihəni yenidən ekranlara qaytarmağı planlaşdırdığını açıqlamışdı. Onun vəfatından sonra Xalq artisti Mübariz Tağıyev də “Yeni ulduz” layihəsini yenidən həyata keçirmək planlarının olduğunu bildirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью