Yeni “Unitree H2” robotu insana daha çox bənzəyir | Icma.az
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 oktyabr, AZƏRTAC “Unitree Robotics” şirkəti ən yeni ixtirası olan humanoid tipli “Unitree H2” robotunu təqdim edib.
Şirkət tərəfindən yayımlanan təqdimat videosu peşəkar dairələrdə böyük rezonans doğurub və kommersiya məqsədli robot üçün qeyri-adi çeviklik və sabitlik nümayiş etdirib.AZƏRTAC dünya mediasına istinadla xəbər verir ki, nümayiş edilən videolarda əsas təəssürat robotun demək olar insanı heyrətləndirəcək dərəcədə hamar hərəkətləridir.
H2 sadəcə yerimir, rəqs edir, döyüş sənəti elementlərini yerinə yetirir və məkanda dinamik şəkildə hərəkət edir.
Bu dərəcədə azadlıq və koordinasiya robotexnikada insanla maşın arasındakı sərhədin hansı sürətlə itməkdə olduğunu göstərir.“Biz insanların dünyası ilə qarşılıqlı əlaqə qura biləcək universal platforma yaratmağa diqqət yetirmişik.
Hamar hərəkət real qarşılıqlı əlaqənin açarıdır”, – deyə şirkətin mühəndisi qeyri-rəsmi şərhində bildirib.Boyu 180 santimetr, çəkisi təxminən 70 kiloqram olan H2 tamölçülü humanoid robotdur və istehsalçıların sözlərinə görə, qaçmağa da qadirdir.
Yeni robotun tam texniki xüsusiyyətləri hələlik kommersiya sirri olaraq saxlanılsa da, onun əvvəlki modellə müqayisədə mühüm texnoloji sıçrayış etdiyi vizual olaraq aydın görünür.
Demonstrasiya səhnələrində robotun davranışı yüksək sabitlik və dəyişkən relyefə uyğunlaşma qabiliyyətindən xəbər verir.“Fantastik gələcək” effektini gücləndirən digər məqam H2 robotunun bionik üzə malik olmasıdır.
Tam oxu
Xəbəri oxu