Yeni üsul 10 milyard dəfə az enerji işlədəcək

29.01.2026

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər süni intellekt ilə təsvir generasiyası üçün 10 milyard dəfə daha az enerji sərf edən yeni termodinamik üsul təklif ediblər.

Reyting.az-ın məlumatına görə, təklif olunan yeni texnologiya rəqəmsal hesablamaların əvəzinə təbii istilik səsindən istifadə etmək imkanı verir.

Mütəxəssislər tərəfindən aparılan ilk elmi sınaqlar zamanı simulyasiyalar göstərib ki, bu üsulla sadə təsvirlər yaratmaq mümkündür.

ABŞ-da fəaliyyət göstərən Lourens Berkli Milli Laboratoriyasının elmi əməkdaşı Stiven Uaytlem deyib ki, belə orijinal yenilik, bu yanaşma təsvir generasiyası kimi bəzi maşın öyrənməsi tapşırıqları üçün xeyli az enerji sərf edən xüsusi aparatların yaradılmasına imkan verə bilər.

Qeyd olunur ki, bu ideya praktik mərhələyə keçib, həm də "Normal Computing" startapı istilik dalğalanmaları ilə işləyən, rezonatorlardan ibarət yeni çip prototipi hazırlayıb.

Tədqiqatçıların "Nature Communications" jurnalında dərc edilən araşdırmasına görə, göstəricilər tam təsdiqini tapıb və termodinamik neyron şəbəkəsinin mümkünlüyü sübuta yetirilib. Həmçinin bu simulyasiyalar təqdim olunmuş yeni üsulla əlyazma rəqəmlərinin generasiya olunacağı barədə bütün nəzəriyyələrin artıq gerçəyə çevrildiyinə şübhə yaratmır.

Elm adamları qeyd ediblər ki, bu cür termodinamik kompüterlər hələlik erkən mərhələdədir və "Dall-E" kimi güclü sistemlərlə rəqabət aparmaq üçün daha müasir həllər tələb olunur. Alimlərin fikrincə, bu elmi yenilik nəticəsində enerjiyə qənaət potensialı böyük olsa belə, yenə də praktik reallaşdırmanın həlli ilə bağlı böyük çətinliklər mövcuddur.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью