Yeni verilmiş kreditlərin və yeni cəlb edilmiş depozitlərin faizlərində azalma müşahidə ed…
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"AZİR indeksi uçot dərəcəsinin ətrafında formalaşır və Mərkəzi Bank tərəfindən idarə olunur".Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb.Onun sözlərinə görə, Mərkəzi Bank uçot dərəcəsinin dəyişdirilməsinin kredit və depozit dərəcələrinə necə təsir etdiyini də izləyir:"Bilirsiniz ki, iyul ayında Mərkəzi Bank uçot dərəcəsini 0,25 faiz bəndi aşağı salıb.
Artıq son rüb ərzində biz yeni verilmiş kreditlərin və yeni cəlb edilmiş depozitlərin faizlərində azalmanı müşahidə edirik - müvafiq olaraq 0,8% və 0,6%.
Müşahidə müddəti azdır, cəmi 3 aydır. Müşahidələrimiz davam edəcəkdir.
Kredit və depozit faizlərinin aşağı düşməsinin bir səbəbi uçot dərəcəsinin azaldılması, digər səbəbi bank sektorunda struktur likvidliyinin olmasıdır.
Qeyd etməliyəm ki, tək uçot dərəcəsinin azaldılmasını deyil, həmçinin hazırda bank sektorunda yüksək struktur likvidliyi mövcud olduğunu nəzərə almaq lazımdır.
Hazırda bank sektorunda struktur likvidlik məcburi ehtiyatlar nəzərə almadan 2,7 milyard manatdır.
Bunun da səbəbi 2025-ci ildən Maliyyə Nazirliyinin sərbəst qalıqları mütəmadi olaraq açıq hərraclar vasitəsilə maliyyə sektorunda yerləşdirməsidir".Mərkəzi Bankın sədri əlavə edib ki, qiymətli kağızların, o cümlədən mərkəzi bankın notlarının, korporativ istiqrazların dərəcələrində də azalmalar baş verir:"Ötən ilin sonunda və 2025-ci ilin əvvəlində valyuta bazarıda, daha çox dövlət valyuta xərcləri səbəbindən və həmçinin dövlət hesablarının qalığının artmı hesabına likvidlik mövcud idi.
Tam oxu
Xəbəri oxu