Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Fox News” Ağ Evin keçmiş mətbuat katibi Karolin Levitin telekanala efir şərhçisi kimi qoşulacağını elan edib.
“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı Levit 1 noyabrdan etibarən şəbəkənin müxtəlif proqramlarında çıxış edərək həm xəbər, həm də təhlil verilişlərində şərhlər təqdim edəcək.
“Fox News” rəhbərliyi qeyd edib ki, Karolin Levitin Ağ Evdə və prezident seçkisi kampaniyası zamanı qazandığı təcrübə ona “mövcud siyasi mənzərəni unikal şəkildə dərk etmək imkanı” verir.
Qeyd edək ki, Levit vəzifəsini avqustun sonlarında tərk etmişdi.