Yeni xətt formalaşır Bakı İrəvan Ankara

04.07.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakı, İrəvan və Ankara ilə keçirilən yüksək səviyyəli görüşlər regionda əməkdaşlığı yeni mərhələyə daşıyıb.

Modern.az xəbər verir ki, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.

Komissar qeyd edib ki, Ermənistan, Azərbaycan və Türkiyə səfərləri çərçivəsində aparılan müzakirələr regional bağlantıların inkişafına yeni impuls verib.

“Biz əlaqəlilik sahəsində işimizi növbəti mərhələyə keçirdik. Bu, Cənubi Qafqazda uzunmüddətli sülhün formalaşmasına töhfə verə, eyni zamanda Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarını şaxələndirə bilər”, – deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью