Yeni yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin ilk iclası keçirilib FOTO

31.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin ilk iclası keçirilib.

İdman.biz xəbər verir ki, iclasda Komitənin gələcək fəaliyyət planı müzakirə edilib.

Tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov Komitə üzvlərini dinləyib və müvafiq tövsiyələr verib.

Qeyd edək ki, Marketinq Komitəsi hər ay toplanaraq idman növlərinin populyarlığını artırmaq məqsədilə marketinq, PR və digər sahələrin inkişafına dair vacib təkliflər hazırlamağı planlaşdırır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью